“Kür Çörək” ASC

Mingəçevir Şəhərində 1971 – ci ildə fəaliyyətə başlamış “Mingəçevir Şəhəri 20 Saylı Çörək Zavodu” Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı müvafiq Fərmanı ilə 1996 – cı ildə özəlləşdirilmiş və zavodun adı dəyişərək “Kür Çörək” ASC olmuşdur. Özəlləşdirmədən sonra “Kür – Çörək” ASC – nin qurucusu, ilk Sədri və Direktoru Əhmədov Haqverdi Şahverdi oğlu, dövriyyə vəsaitinə şəxsi kapitalını yerləşdirmiş, müəssisəyə yeniliklər gətirmiş, müəssisənin rentabelliyini artırmış, gecə – gündüz çalışaraq, keyfiyyətli çörək məhsullarını istehsal edərək xalqının xidmətində olmuşdur.

2000 – ci ildə müəssisəyə yeni direktor təyin edilən və daha sonra Səhmdar Cəmiyyətin Sədri seçilən Rövşən Hacıyev Hüseyn oğlu zavodda təmir bərpa işləri görmüş, zavod çörəyinin istehsalına yeni texnologiyalar cəlb etmiş, bununla yanaşı zavodun istehsal çeşidlərinin sayını artırmaq məqsədilə Şəki Kürəsi istehsal sahəsi, Türk Kürəsi istehsal sahəsi inşa edib istifadəyə vermişdir. Bununla da, zavodun ümumilikdə günlük istehsal gücü 16 tona yüksəldilmişdir.  Hazırki istehsal gücü ilə “Kür – Çörək” ASC Mingəçevir şəhərinin ən böyük çörək istehsalçısı olmaqla bərabər, regionun aparıcı çörək istehsalçıları sırasındadır.

“Kür – Çörək” ASC -nin istehsal etdiyi məhsullar keyfiyyətinə görə regionda “Mingəçevir Zavod Çörəyi” adı altında brend halına gəlmişdir. Zavodumuz keyfiyyətli çörək istehsalı ilə çörək təminatı etdiyimiz dövlət idarə və təşkilatlarının, böyük market şəbəkələrinin, eləcə də, regionda fəaliyyət göstərən market və digər satış məntəqələrinin etibarlı tərəfdaşı olmuş, ən əsası, istehlakçıların arzuladığı çörək istehsalçısına çevrilmişdir

Rövşən Hacıyev
“Kür Çörək” ASC-nin sədri

Şahverdi Əhmədov
“Kür Çörək” ASC-nin direktoru

CONTACT US

We're not around right now. But you can send us an email and we'll get back to you, asap.

Gönderiliyor

© Bütün Hüquqları Qorunur | WebDSGN by Nail ALIYEV

Kullanıcı Bilgileriniz İle Oturum Açın

Bilgilerinizi Unuttunuzmu?